Özünü vətəndaş zənn edən bir kəs, Vətənin dərdinə yad qala bilməz!Bu misraları xatırlamağım heç əbəs deyil, bilirik ki, əzəli və əbədi torpağımız, qədim insanlarımızın məskəni olan Qarabağ 20-ci əsrin 90-cı illərindən mənfur düşmənimizin amansız işğalına, hər qarışı bizə müqəddəs sayılan Vətənimizin torpağı, suyu,havası tarixdə izi olmayan vandal ermənilərin tapdağına tuş gəlmişdi. Lakin bu işğalla barışmaq ilk kəlməsi: Vətən-doğma diyar, ana yurd!Vətən-babaların, dədələrin əmanəti!Vətən-tariximiz, ənənəmiz, azadlığımız! -olan igid Vətən övladlarının heç zaman ağlının ucundan belə keçmədi. Vətən-bir millətin uzun illər yaşadığı, adətinin, ənənəsinin, varlığının, şüurunun, birliyinin torpağı ilə qovuşduğu məkandır. Vətən sadəcə sərhədləri olan coğrafi bir yer deyil, hər cür sevgi və ehtirama layiq müqəddəs torpaqdır. Ata-babalarımız bu torpaqlarda yaşamış,onu qorumuş və yeri gələrsə, uğrunda şəhid olmuşlar.Ermənilərin uzun illər danışıqlar masasında Azərbaycan tərəfinin sülhsevər addımlarını gözardı etməsi, dəfələrlə humanist addımlarımıza baxmayaraq təmas xəttində atəşkəsi pozması, şəhidlərimizin olması və həmişə işğalçı bəyanatlarla çıxış etməsi “Öncə Vətən, ikinci xalq, sonra mən" şüarını dilində dastan edən Vətənin qeyrətli övladlarının 2016-cı ilin aprelində düşmənə qarşı sürətli əks-hücum əməliyyatı ilə Qarabağın azadlıq xəbərinin, qələbə sorağının uzaqda olmaması mesajını verməsinə səbəb oldu və hər birimiz ordumuzun artan gücünü gördük. 2018-ci ilin may ayında Naxçıvan Muxtar Respublikasının 11min hektardan çox ərazisinin və Şərur rayonunun Günnüt kəndinin azad edilməsi düşmənə növbəti xəbərdarlıq idi.Daha sonra “iyul döyüşləri” adı ilə xatırladığımız və mənə görə Qələbəyə aparan yol adlandıracağım Tovuz döyüşləri məhz, ordu, xalq və Ali Baş Komandan birliyini ortaya qoydu. Elə həmin ilin: 2020-ci ilin 27 sentyabrı Azərbaycan dövlətinin tarixinə zəfər soraqlı 44 günün başlanğıcı kimi düşdü.Təmas xəttində gərginliyin artması, erməni qoşunlarının təmas xəttinə silah-sursat yığması, ermənilərin bəyanatları və genişmiqyaslı təxribatlara hazırlaşması 27 sentyabrda beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq müxtəlif ağır artilleriya qurğularından istifadə edərək bir neçə istiqamətdən mövqelərimiz və yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində mülki şəxslərin və hərbiçilərin ölməsi Azərbaycan tərəfinin əks-hücum əməliyyatına başlamasına səbəb oldu. Biz xalqımızın və dövlətimizin milli maraqlarını təmin etdikcə, milli təhlükəsizlik siyasətini həyata keçirdikcə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun ərazi bütövlümüzü bərpa etdikcə ermənilərin ardıcıl olaraq məğlubiyyət yolunda, özlərinin olmayan torpaq üçün dirənişlərinin son olduğunun şahidi olduq.Bu şərəfli 44günlük tarixi dövr sanki qərinələrlə çarpışdıq,dünya xəritəsində kiçik bir yeri əhatə edən Azərbaycan dövləti bütün dünyaya səs salaraq öz gücünü göstərdi. O güc ki, heç bir beynəlxalq təşkilat tərəfindən, heç bir bəyanat və danışıqlar nəticəsində öz həllini tapa bilməyən gerçəklər bu 44günün tamamında öz həqiqətlərini bütün dünyaya hayqırdı.Məgər necə güclü, qüdrətli dövlətimiz, necə əzmkar, qəhrəman, vətənpərvər oğullarımız, mərd xalqımız varmış? Sözdə deyil, əməldə gördük və fəxr etdik,əmin olduq. Torpaqlarımızdan ayrı qaldığımız 30 ilin kini, nifrəti, nisgili, ağrı-acısı vulkan olub 44 gündə püskürdü və bu vulkandan çıxan od-alov düşməni yandırdı. Bu 44günlük tarixi dövrün ən böyük qəhrəmanları isə qürur yerimiz,canlarının bahasına torpaq alan şəhidlərimiz, sağlamlığını torpaq uğrunda qurban verən qazilərimiz, müharibənin dəhşətləri içərisində unudulmaz travmalar alan veteranlarımız, bu cür mərd oğullar yetirən valideynlər, heç nəyə baxmayaraq onları gözüyumulu cəbhəyə yola salan mərd xanımlar, bacılar, övladlar idi. Kaş ki, bütün mərd oğullarımız qələbə ilə sağ-salamat geri dönəydi, heç bir ata-ana övladsız, heç bir bacı -qardaş qardaşsız, heç bir xanım ailə başçısız, heç bir övlad atasız qalmayaydı. Lakin belə bir deyim var “Torpaq su ilə qarışanda palçıq, qanla qarışanda Vətən olur”. Acı olsa da heç bir qələbə qansız əldə edilmir. Müqəddəs şəhid ruhlu torpaqlarımızı işğal edən düşmənin etdikləri və torpaqlarımızın işğaldan azad edilməsi tarixi daim öyrənilməli, gələcək nəsillərə çatdırılmalıdır. Tarixini unudan Zəfər qazana bilməz və Qələbəyə aparan 27 sentyabr tarixi də bu günlərin öncüllərindəndir.Ülviyyə Rəhimli,Xocalı rayon gənci